“Valverde buna layiq deyildi”

“Barselona”nın keçmiş baş məşqçisi və hazırda klubda skaut olan Karles Peksaç Kataloniya təmsilçisində Ernesto Valverdenin qovulmasına münasibət bildirib.

Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan Karles, Valverdenin buna layiq olmadığını deyib:

“Məşqçilər qərar verir, futbolçular isə həmişə günahlandırılır. Valverde buna layiq deyildi. O, yaxşı insan və peşəkardır. “Barselona”nı iki dəfə liqa çempionu etdi. Onun tək çatışmazlığı “Roma” və “Liverpul” məğlubiyyətləri idi. “Barselona” yanıldığını hiss edəcək”.

Reksaç 2001/2002 mövsümündə “Barselona”nı çalışdırıb.

Kataloniya təmsilçisində Valverdenin ayrılığından sonra boş qalan baş məşqçi postuna Kike Setyen gətirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button