“Barselona”nın hədəfi – Belçikalı futbolçu

“Barselona” “Lester”in yarımmüdafiəçisi Yuri Tilemansı transfer etməyi düşünür.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, kataloniyalıların baş məşqçisi Xavi futbolçunun transferində maraqlıdır.

25 yaşlı futbolçunun “tülkülər”lə müqaviləsi 2023-cü ildə başa çatır və o, gələn ilin yayında azad agent kimi klubdan ayrıla bilər.

Daha əvvəl belçikalı futbolçu ilə “Arsenal”, “Mançester Yunayted”, “Liverpul” və “Real”ın da maraqlandığı bildirilirdi.

Tilemans bu mövsüm 15 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button