Qavinin geri qayıdacağı vaxt məlum olub

“Barselona”nın yarımmüdafiəçisi Qavi hələ də yaşıl meydanlara qayıtmaqdan uzaqdır. 

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun bərpa prosesi 50 faiz tamamlanıb. Onun oktyabr və ya noyabr aylarında meydana qayıdacağı gözlənilir.

Qavi dizinin çarpaz bağlarını zədələyib və ötən ilin noyabrında əməliyyat olunub. Futbolçu daha bir neçə ay reabilitasiya kursu keçməli olacaq. “Barselona” yarımmüdafiəçini geri qaytarmağa məcbur etmir, çünki onu risklə üz-üzə qoymaq istəmirlər. 

19 yaşlı Qavi bu mövsüm İspaniya çempionatında 12 matçda cəmi 1 qol vura bilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button