“Barselona”nın futbolçusunun koronavirus testi 26 dəfə müsbət çıxıb!

“Barselona”nın futbolçusu Serxi Roberto iki aydan çox yaşıl meydanlardan uzaq qalıb.

Komanda.az xəbər verir ki, ispan müdafiəçinin oynamamasına səbəb həm koronavirusa yoluxması, həm də zədələnməsidir. Bu barədə “Football Espana” nəşri məlumat yayıb. Xəbərdə, Robertonun koronavirus testinin 26 dəfə müsbət çıxdığı bildirilib. İspan futbolçunun 27-ci testi isə neqativ olub.

Roberto “Barselona”nın La Liqanın 21-ci turu çərçivəsində “Atletik”ə qarşı keçirdiyi ev oyununun (2:1) ikinci hissəsində meydana daxil olub.

Roberto ötən il noyabrın 21-də əvvəlcə zədələnmiş, daha sonra da koronavirusa yoluxmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button