“Barselona”ya bir mövsüm oynamaq üçün gəlməmişəm”

“Barselona”nın futbolçusu Miralem Pyaniç açıqlama verib.

Komanda.az xəbər verir ki, “Mundo Deportivo”ya danışan 30 yaşlı yarımmüdafiəçi, Kataloniya təmsilçisindəki gələcəyiylə bağlı da fikirlərini söyləyib:

“Kamp Nou”da “Barselona” forması ilə oynayaraq xəyalımı gerçəkləşdirdim. Ancaq koronavirus pandemiyasına görə tam istədiyim atmosferdə ola bilmədim.

“Barselona”ya bir mövsüm oynamaq üçün gəlməmişəm. Bu forma ilə Çempionlar Liqasını qazanmaq istəyirəm. Baş məşqçimiz Ronald Kumanla danışdım və mənə ardıcıl iki-üç oyun şans verməsini istədim. Oyunumu ancaq bu yolla göstərə bilərəm. Düzdür, hələ bu şansı qazanmamışam, lakin mən çalışmağa davam edəcəm”.

Pyaniç bu mövsüm “Barselona” ilə 28 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button