“Barselona”nın futbolçusu Premyer Liqa klubu ilə razılaşdı

“Barselona”nın futbolçusu Junior Firpo karyerasını İngiltərədə davam etdirəcək.

Komanda.az xəbər verir ki, 24 yaşlı müdafiəçi “Lids” klubu ilə razılaşıb. Bu barədə AS nəşri məlumat yayıb. Xəbərdə, Firponun yaxın zamanda Premyer Liqa klubu ilə rəsmi müqavilə imzalayacağı bildirilib.

“Lids” Firpo üçün “Barselona”ya 15 milyon avro ödəyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button