Kuman: “Barselona” kimi komandanı çalışdırırsansa, deməli, bəxtin var”

“Barselona”nın baş məşqçisi Ronald Kuman İspaniya La Liqasının 29-cu turunda “Valyadolid”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, “Marca”ya danışan Kuman, 1:0 hesabıyla qələbə qazandıqları matçla bağlı bunları deyib:

“İlk hissədə şanslarımız oldu, yararlana bilmədik. Rəqib üzərində kifayət qədər təzyiq yarada bilmədik. İkinci hissədə bəzi şeyləri dəyişməli olduq. Komanda səviyyəsindən uzaqda idi və “Valyadolid” müdafiədə yaxşı çıxış etdi. Qələbəyə layiq olduğumuzu düşünürəm.

Bəzən elə olur ki, bəxtin gətirir, bəzən də yox. “Barselona” kimi komandanı çalışdırırsansa, deməli, bəxtin var. Komanda olaraq düşüncəmiz hər oyunda üç xal qazanmaqdır”.

“Barselona” La Liqada 2-ci sıradadır.