“Barselona”dan təklif aldığı deyilən futbolçu: “Mənə 200 mesaj gəlib”

“Real”ın yarımmüdafiəçisi Marko Asensio “Barselona”nın maraq dairəsində olması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Asensio gələn ilin əvvəlində istənilən klubla müqavilə bağlaya biləcəyini deyib:

“Mən heç nə haqqında düşünmürəm. Bu il mənim üçün önəmlidir. Mən indiki zamanda yaşayıram. Bütün diqqətimi bu aylara yönəltmək, “Real”a hər şeyimi vermək və milli komandaya gözəl bir dünya çempionatı keçirməyə kömək etmək istəyirəm. “Barsa”ya transfer? Bütün diqqətimi bu günə yönəldirəm və bütün varlığımı milli komandaya, klubuma verirəm. Mən sizə cavab verə bilmərəm. Bu səhər mənə 200 mesaj gəlib. Mən şayiələrin çox olduğu bir dünyada yaşayıram. Bu, normaldır, çünki yanvar ayında istənilən klubla müqavilə bağlaya bilərəm”.

26 yaşlı ispaniyalı futbolçunun “kral klubu” ilə müqaviləsi gələn il başa çatır.

Asensio bu mövsüm 4 oyuna çıxıb, ümumilikdə cəmi 47 dəqiqə meydanda olub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button