Messi müəmması: final oyununda olacaq?

“Barselona”nın zədəli futbolçusu Lionel Messi sağalıb.

Komanda.az xəbər verir ki, argentinalı futbolçu katalonların son məşqində iştirak edib. Məşq etməsinə baxmayaraq, onun bu gün “Atletik”lə keçiriləcək superkubokun final oyununda iştirakı sual altındadır.

Messi zədə səbəbiylə superkubokun yarımfinal mərhələsində keçirilən “Real Sosyedad”la oyunu buraxıb.

“Barselona” – “Atletik” oyunu bu gün, saat 00:00-da başlayacaq.