“Barselona”da itki

“Barselona”nın yarımmüdafiəçisi Serxi Roberto zədələnib.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı ispaniyalı futbolçunun əzələsi yırtılıb. Bu səbəbdən, o, sıradan çıxıb. Yaxın günlərdə oyunçu yenidən tibbi müayinədən keçəcək.

Roberto cari mövsümdə “Barsa”nın heyətində 30 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button