“Barselona”da Busketsi kim əvəz edə bilər?

“Barselona”nın yarımmüdafiəçisi Serxio Buskets Kataloniya klubunda onu kimin əvəz edə biləcəyini açıqlayıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Buskets iki futbolçunun adını çəkib:

“Mən bilirəm ki, Rodri və Subimendi kimi oyunçular haqqında çox danışılır. Onlar çox yaxşı oyunçulardır və bəlkə də, “Barsa”nın ehtiyac duyduğu, oyun üslubuna ən çox uyğun gələn futbolçulardır. Lakin onlar başqa komandalardadır”.

İspaniyalı futbolçu mövsümün sonunda “Barsa”nı tərk edəcək.

34 yaşlı Buskets “Barselona” akademiyasının məzunudur. O, 2008-ci ildə əsas komandada debüt edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button