“Barselona”da bizə bunu öyrətmişdilər” – “Selta”ya keçən futbolçu

Müdafiəçi Oskar Minqesa “Barselona”dan “Selta”ya keçidini şərh edib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, futbolçu, yeni komandasının oyun tərzini xoşladığını bildirib:

“Selta”nın oyunu idarə etmək və topa sahib olmaq istəyən hücumameyilli komanda olması xoşuma gəlir. Mən buna öyrəşdiyim üçün belə bir komanda axtarırdım. Bütün həyatım boyu belə oynamışam, “Barselona”da bizə bunu öyrətmişdilər. “Selta”ya uyğunlaşa bilirəm. Bu həm mənim, həm də klub üçün yaxşı olacaq”.

Avqust ayında ispaniyalı futbolçu Viqo klubu ilə 2026-cı ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb.

23 yaşlı Minqesa bütün karyerası boyunca “Barselona”da forma geyinib.

Bizi Telegramda izləyin