Emeri təsdiqlədi – “Vilyarreal”ın futbolçusu “Barselona”ya keçə bilər

“Vilyarreal”ın baş məşqçisi Unay Emeri sağ cinah müdafiəçisi Xuan Foytun “Barselona”ya mümkün transferini təsdiqləyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Emeri, futbolçunun gedişini istisna etməyib:

“Deyəsən, “Barselona” həqiqətən də Foytu transfer etmək istəyir. Xuan mənə “Vilyarreal”da onun üçün yaxşı olduğunu söylədi. Onun gedişini istisna etmirəm, amma düşünürəm ki, qala da bilər”.

Argentinalı futbolçunun transferi “Barselona”ya 30 milyon avroya başa gələ bilər. Foytun transfer qiyməti 25 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button