“Barselona” Umititi ilə yolları ayırdı

“Barselona” müdafiəçisi Samuel Umtiti ilə yollarını ayırıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı futbolçu ilə 2026-cı ilədək olan müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Samuel ötən mövsümü icarə əsasında “Leççe”də keçirib və A Seriyasında 25 oyuna çıxıb.

Umtiti “Barselona”ya 2016-cı ildə Lion “Olimpik”indən keçib. O, Kataloniya klubu ilə 2 dəfə İspaniya çempionu olub, 3 dəfə ölkə kubokunu və 2 dəfə ölkə super kubokunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button