“Barselona” seçim arasında qalıb

“Barselona” yay transfer pəncərəsində Ferran Torresi və ya Ansu Fatini satacaq. Kataloniya klubu seçim edəcək.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, adıçəkilən futbolçulardan heç biri “Barsa”nı tərk etmək barədə düşünmür.

20 yaşlı Fati İspaniya klubunun yetirməsidir. O, 2022/23 mövsümündə 51 oyunda 10 qol vurub və 4 məhsuldar ötürmə edib.

23 yaşlı Torres isə 45 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button