“Barselona” onu istəmir

“Barselona” klubu futbolçusu Neto ilə yollarını ayırmaq niyyətindədir.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi braziliyalı qapıçını sata və ya icarəyə verə bilər. Bu barədə İspaniyanın “Mundo Deportivo” nəşri məlumat yayıb.

Neto “Barselona”da illik 6,5 milyon avro qazanır. Kataloniya klubu əsas heyətə düşə bilməyən 32 yaşlı qapıçıya bu qədər məvacib ödəmək istəmir.

Neto ilə İngiltərənin “Arsenal” klubu yaxından maraqlanır.