“Barselona”nın Fati planı

“Barselona” bu yay hücumçusu Ansu Fatini böyük məbləğdə pula satmaq niyyətindədir.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçunun özü Kataloniya klubundan ayrılmaq istəmir. O, hələ də özünü sübut edə və potensialını ortaya qoya biləcəyinə əmindir.

Zədələrin çoxluğuna görə Fatinin daim yüksək formada olması çətinləşir.

O, bu mövsüm La Liqada 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button