“Barselona” müdafiəçisini icarəyə verir

İspaniyanın “Barselona” klubu 19 yaşlı futbolçusunu icarəyə verməyə hazırlaşır.

Komanda.az “Bild”ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin gənc müdafiəçisi Xuan Miranda icarə əsasında “Şalke”də çıxış etməyə yaxındır. “Barselona”nın Almaniya klubu ilə futbolçunun 2 illik icarəsi üçün razılaşdığı bildirilir.

Bundan başqa, “Yuventus”, “Atalanta” və “Marsel”in də ispan futbolçuyla yaxından maraqlandıqları deyilirdi.

Keçən mövsümü “Barselona B” komandasında keçirən Mirandanın klubla müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button