“Barselona” ispan futbolçu ilə razılaşdı

“Barselona” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi “Vulverhempton”un yarımmüdafiəçisi Adama Traore ilə razılıq əldə edib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Barselona” ispan futbolçunun icarəsi üçün “Vulverhempton”la anlaşıb. 26 yaşlı yarımmüdafiəçi yaxın günlərdə “Barselona”ya qoşulacaq və mövsümün sonuna qədər Kataloniya təmsilçisində çıxış edəcək.

Traore “Barselona”nın yetirməsidir. O, 2004-2015-ci illərdə bu klubun müxtəlif yaş qruplarında çıxış edib.