“Barselona” 17 yaşlı futbolçu ilə razılığa gəlib

“Barselona”nın müdafiəçisi Pau Kubarsinin klubu ilə müqaviləsini uzatmasına bir addım qalıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 17 yaşlı ispaniyalı futbolçu “Barsa” ilə yeni müqaviləyə çox yaxındır. Tərəflər yeni müqavilənin maliyyə məsələsində razılığa gəliblər.

“Barselona”nın Kubarsi ilə müqaviləni uzatması çox vacibdir, çünki məşqçilər korpusu onu komandanın əsas oyunçularından biri hesab edir. Üstəlik, gənc istedadla Fransanın PSJ klubu da maraqlanır.

Kubarsi cari mövsümün ikinci yarısında “Barselona”nın əsas mərkəz müdafiəçisi olub və bir neçə dəfə matçın ən yaxşı oyunçusu seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button