“Barselona” futbolçusunu ərəblərə satır – 15 milyon avroya

“Barselona”nın yarımmüdafiəçisi Frank Kessye karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” və “Əl-Əhli” 26 yaşlı futbolçunun 15 milyon avroya keçidi üçün şifahi razılığa gəliblər.

Kessye Səudiyyə Ərəbistanı klubu ilə 2026-cı ilə qədər nəzərdə tutulan müqavilə imzalayacaq.

O, “Barselona”da 43 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button