“Barselona” futbolçusunu MLS klubuna satdı

“Barselona” futbolçusu Ballou Tablanı MLS klubuna satıb.

Komanda.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi “Monreal İmpakt”a transfer olunub. Bu barədə ABŞ təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tabla ilə 2+2 şərti ilə müqavilə imzalanıb.

Kanada millisinin üzvü olan yarımmüdafiəçi mövsümün ilk dövrəsini icarə əsasında “Monreal İmpakt”da keçirmişdi.

MLS təmsilçisi “Monreal İmpakt”ın baş məşqçisi Tyerri Anridir.