“Barselona” Dembele və Umtiti ilə bağlı qərarını verdi

İspaniyanın “Barselona” klubu iki futbolçusu ilə bağlı qərar verib.

Komanda.az xəbər verir ki, Kataloniya klubu Osman Dembeleni cari mövsümün sonunda satışa çıxaracaq. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Klub tez-tez zədələnən futbolçunun uyğun məbləğ qarşılığıda komandadan ayrılmasını planlaşdırır.

Bundan başqa, Samuel Umtiti də böyük ehtimalla, mövsümün sonunda “Barselona”dan ayrılacaq. Klub 26 yaşlı müdaifəçini sataraq, daha az məvacibli futbolçu transfer etmək niyyətindədir.

Umtitinin klubla müqaviləsi 2023-cü ilin yayında bitir. Dembele isə 2017-ci ildə “Barselona” ilə 2022-ci ilin iyulunadək nəzərdə tutulan müqavilə imzalamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button