“Barselona” FİFA-dan təzminat ala bilər – Qaviyə görə

“Barselona” yarımmüdafiəçi Qavinin zədələnməsinə görə Beynəlxalq Futbol Federasiyasından (FİFA) 3 milyon avrodan 4,5 milyon avroya qədər təzminat ala bilər.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispan futbolçu 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İspaniya və Gürcüstan milliləri arasında keçirilən oyunun (3:1) 26-cı dəqiqəsində əvəzlənib.

19 yaşlı yarımmüdafiəçinin çarpaz bağları yırtılıb və bu səbəbdən 6-8 ay yaşıl meydanlardan kənarda qalma riski var. O, eyni zamanda, 2024-cü ildə keçiriləcək Avropa çempionatını buraxa bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button