“Barselona” Busketsin yerinə futbolçu tapıb

“Jirona” klubunun yarımmüdafiəçisi Oriol Romeu karyerasını “Barselona”da davam etdirə bilər. Kataloniya klubu onu Serxio Busketsin əvəzləyicisi kimi görür.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Barsa” Busketsin yerinə əsas namizədlər olan Josua Kimmix (“Bayern”) və Martin Subimendi (“Real Sosyedad”) ilə razılıq əldə edə bilməyib. “İnter”in yarımmüdafiəçisi Marselo Brozoviç isə “Əl-Nəsr”ə keçməklə bağlı qərar verib.

La Liqa klubu bu səbəbdən, bütün diqqətini Romeuya yönəldib.

31 yaşlı futbolçu Kataloniya klubunun yetirməsidir. O, “Barselona”dan ayrıldıqdan sonra “Çelsi”, “Valensiya”, “Ştutqart”, “Sauthempton” kimi klublarda çıxış edib. Romeu ötən ilin sentyabrından “Jirona”da forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button