“Barselona” 2 vacib futbolçusu ilə vidalaşa bilər

“Barselona”nı yay transfer dövründə iki aparıcı futbolçu tərk edə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, potensial satış siyahısında braziliyalı vinger Rafinya və almaniyalı yarımmüdafiəçi İlkay Gündoğan var.

“Barselona” İngiltərə klublarının maraqlandığı Rafinyanı sərfəli şəkildə sata bilər. Kataloniyalılar “sambaçı”nın transferindən təxminən 100 milyon avro qazanmaq istəyirlər.

Gündoğana gəlincə, onun klub rəhbərliyi ilə münasibətinin “sərin” olduğu bildirilir. Onun 12-15 milyon avroya “Atletiko”ya keçmə ehtimalı var.

“Barselona” La Liqanın 33 turundan sonra 73 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button