“Barselona” əvvəlki kimi güclü deyil” – Skoulz

“Mançester Yunayted”in sabiq futbolçusu Pol Skoulz, keçmiş komandasının Çempionlar Liqasının 1/4 finalında “Barselona”yla qarşılaşacağı oyun haqda fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Skoulz İngiltərə mətbuatına açıqlamasında “Barselona”nın əvvəlki kimi güclü olmadığını deyib:

“Barselona” əvvəlki kimi güclü deyil. Biz onlarla qarşılaşanda demək olar ki, topu görməmişdik. İndi isə belə deyil. Düşünürəm ki, “Mançester Yunayted”in turu keçmək şansı var”.

“Mançester Yunayted” – “Barselona” görüşü aprelin 10-da, saat 23:00-da start götürəcək. “Barsa” 2011-ci ildə ÇL-in finalında “Mançester Yunayted”i 3:1 hesabıyla məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button