“Barselona” əla komandadır” – Fred

“Mançester Yunayted”in yarımmüdafiəçisi Fred Avropa Liqasının 1/8 final mərhələsində “Barselona” ilə keçirəcəkləri oyunlar haqda danışıb.

Komanda.az “Mundo Deportovo”-ya istindən xəbər verir ki, futbolçu “Barselona”nı əla komanda adlandırıb:

“Biz bilirik ki, “Barselona” əla komandadır, ona görə də, asan oyun olmayacaq. Avropa Liqasında asan oyunlar yoxdur, amma əminəm ki, biz buna hazırıq. Oyunçular belə gözəl görüşlərdə iştirak etməyi xoşlayırlar”.

“Mançester Yunayted” 1/8 final mərhələsində “Barselona” ilə gələn ilin 16 və 23 fevral tarixlərində qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button