Ekincier oynadı, komandası inamlı qələbəyə sevindi

Futbol üzrə Avstriya 2-ci liqasında 12-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının üzvü Barış Ekincierin formasını geyindiyi Klaqenfurt “Austria”sı da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Floridsdorfer”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Barış da bu görüşün iştirakçısı olub. O, 84-cü dəqiqədə meydana buraxılıb.

“Austria” hazırda 28 xalla 16 kollektiv arasında 1-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button