Balotelli: “Bu dördlük futbolun tarixini yaza bilər”

İtaliyalı futbolçu Mario Balotelli Kilian Mbappe, Erlinq Haland, Kriştiano Ronaldo və Lionel Messi haqqında danışıb.

Komanda.az “Sport Bild”-ə istinadən xəbər verir ki, hazırda İsveçrənin “Syon” klubunda forma geyinən Balottelli, Halandla Mbappenin futbolda Messi ilə Ronaldonu əvəz edəcəyini deyib:

“İşə doğru münasibətlə Haland və Mbappe qarşıdakı on il ərzində növbəti Messi və Ronaldo olacaqlar.

Mən isə Rafael Leao (Milan) və Viktor Osimheni (Napoli) çox sevirəm. Fikrimcə, bu dördlük futbolun tarixini yaza bilər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button