Balint “Qarabağ”la oyundan danışdı

“Qarabağ”la oyun bizim üçün faydalı sınaq oldu”.

Komanda.az xəbər verir ki, bu sözləri Rumıniyanın “Universitatya Krayova” komandasının baş məşqçisi Laslo Balint Avstriyada “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri yoxlama oyunundan sonra deyib.

O, yaxşı qol imkanları yaratdıqlarını bildirib:

“Yaxşı qol imkanlarımız oldu ki, onların birindən yararlana bildik. Bu oyundan yaxşı siqnallar aldım”.

“Qarabağ” əvvəlki yoxlama matçlarında Rumıniyanın digər təmsilçisi “Botoşani”ni 4:0 hesabı ilə darmadağln edib, Almaniyanın “Holştayn Kiel” komandası ilə görüşdə isə heç-heçəyə razılaşıb – 2:2.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button