“Bakıda bizi çətin oyun gözləyir” – “Molde”nin futbolçusu

Norveçin “Molde” klubunun yarımmüdafiəçisi Emil Breyvik “Qarabağ”a qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin ilk oyunu ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün Bakıda təşkil edilən mətbuat konfransında bunları söyləyib:

“Səfərimiz yaxşı keçdi, birbaşa reys idi. Yorğunluq hiss etmirik. Amma Bakıda bizi çətin oyun gözləyir. “Qarabağ”ın heyətində 2020-ci ildən xatırladığım futbolçu Kevin Medinadır. “Qarabağ”ın heyətində Marko Yankoviçi xüsusi fərqləndirərdim. O, çox təhlükəli futbolçudur”.

Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Molde” oyunu saat 20:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button