Azərbaycanlı hakimə Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.

Komanda.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, o, 18 yaşadək oğlanlar arasında keçiriləcək Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında hakimlik edəcək.

Yarış noyabrın 20-23-də Latviyanın Dauqavpils şəhərində baş tutacaq.

Turnirdə Azərbaycan, Gürcüstan, Ukrayna, Estoniya, Latviya və Polşanın milli komandaları mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button