
Azərbaycanın iki karateçisi beynəlxalq turnirin qalibi olub
“Birlik” Karate Klubunun iki idmançısı Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə Bakıda keçirilən beynəlxalq “Grand Prix” turnirində birinci yeri tutublar.
Komanda.az xəbər verir ki, Ercan Aslan parakarate (K21 kateqoriyası), Gülay Orucova (61 kq) isə 21 yaşadək idmançılar arasında mübarizədə bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.
İdmançılar bu uğura şəxsi məşqçiləri Sənan Cəfərovun rəhbərliyi altında nail olublar.
Sərhədçi İdman Mərkəzində təşkil olunan turnirə 9 ölkədən ümumilikdə 700-ə yaxın karateçi qatılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



