“Azı 43 yaşıma qədər burda olacam” – Buffon

İtaliya A Seriyasının 30-cu turu çərçivəsində “Torino”ya 4:1 hesabı ilə qalib gələn “Yuventus”un qapıçısı Canluici Buffon açıqlama verib.

Komanda.az “Sky Sport İtalia”ya istinadən xəbər verir ki, bu oyunda meydana çıxmaqla A Seriyası tarixində ən çox matç keçirmiş qapıçı olaraq yeni rekord müəyyənləşdirən 42 yaşlı Buffon, bunları deyib:

“Bu rekord üçün uzun müddət gözləməli oldum, amma bu, problem deyil. Hazırda çox oyun keçiririk, mövsümün ən vacib hissəsidir. Daha əvvəl rekordlar barədə düşünmürdüm, karyeramın əvvəlini daha rahat və qayğısız keçirirdim, bir çox xəyalım vardı. İndi çox xoşbəxtəm. Azı 43 yaşıma qədər burda olacam. Vəziyyəti dəyərləndirəcəm, yüksək səviyyədə oynaya bilmədiyimi görsəm, geri addım atmalı olacam”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button