Ronaldo sükutu pozdu: “Azarkeşlər həqiqəti bilməlidir”

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo klubun durumu ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, bu barədə ingiltərəli jurnalist Pirs Morqan məlumat yayıb:

“Məncə, azarkeşlər həqiqəti bilməlidirlər. Klub üçün ən yaxşısını istəyirəm. Buna görə də, “Mançester Yunayted”ə keçdim. Aleks Ferqyuson getdikdən sonra klubda heç bir irəliləyiş görmürəm.

Mən “Mançester Yunayted”i sevirəm, azarkeşləri sevirəm, onlar həmişə mənim tərəfimdədirlər. Ancaq klub fərqli bir şey etmək istəyirsə, çox şeyi dəyişdirməlidir”.

Aleks Ferqyuson 1986-2013-cü illərdə “Mançester Yunayted”i çalışdırıb. 2013-cü ildən bəri “qırmızı şeytanlar” İngiltərə kubokunun, Liqa kubokunun və Avropa Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button