Azərbaycanlı hakim Konfrans Liqasının oyununu idarə edəcək

FİFA referisi Rauf Cabarov UEFA-dan yeni təyinat alıb.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının birincin təsnifat mərhələsində iyulun 20-də keçiriləcək “Vlajniya” (Albaniya) –  “Linfild” (Şimali İrlandiya) qarşılaşmasının baş hakimi olacaq.

Ona yan xətdə Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim İnqilab Məmmədov olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button