Azərbaycanlı futbolçuların komandası kubokda yenə uduzdu

Futbol üzrə Rusiya kubokunda qrup mərhələsinin oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Moskva “Lokomotiv”i ilə qarşılaşıb. Azərbaycanlı futbolçuların komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Hər iki futbolçu meydana start heyətdə çıxıb. Quliyev fasilədə, Sadıqov isə 59-cu dəqiqədə əvəzlənib.

Cəmi 1 xalı olan “Ximki” 4 komandalı qrupda sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button