“Azərbaycanlı futbolçular məni heç nə ilə təəccübləndirmədilər”

Belarus yığmasının futbolçusu Valeri Boçerov Azərbaycanla qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının 2-ci tur matçından sonra açıqlama verib.

Komanda.az xəbər verir ki, belaruslu futbolçu nəticənin onu məyus etdiyini deyib:

“Düzü, nəticə bizi məyus etdi. Çünki çox yaxşı şanslarımız var idi. Sadəcə, qol vura bilmədik. Bilmirəm, bəlkə də, yenə bəxtimiz gətirmədi. Görünür, imkanlardan yararlanma faizimiz çox da yaxşı deyil”.

22 yaşlı yarımmüdafiəçi son 6 rəsmi oyunda cəmi bir qol vura bildiklərini xatırladıb:

“Bu, fürsətləri dəyərləndirə bilməməyimizlə əlaqədar ola bilər. Müdafiəmizdə hər şey yaxşıdır, çox az top buraxırıq. Ötən oyunda bir top buraxmış və rəqibə çox da fərqlənmək imkanı verməmişdik. Azərbaycanla oyunda isə yaradılan imkanların sayında rəqibi üstələdik. Sadəcə, rəqib futbolçular bizi daha çox təxribata çəkməyə çalışırdılar. Azərbaycan millisinin səviyyəcə bizimlə bərabər olduğunu deyə bilərəm. Amma açığı, məni heç nə ilə təəccübləndirmədilər. Sadəcə, topu özlərində daha çox saxladılar”.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button