Azərbaycanın UFC-dəki təmsilçilərinin sayı 3-ə çatdı

ABŞ-da yaşayan və qarışıq döyüş növündə (MMA) mübarizə aparan azərbaycanlı idmançı Nazim Sadıxov nüfuzlu “Ultimate Fighting Championship” (UFC – Mütləq Döyüş Çempionatı) idman təşkilatı ilə müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bu mühüm hadisə həftənin ikinci günü onun “Dana White’s Contender Series 50” yarışında qələbəsindən sonra baş verib. Soydaşımız sözügedən yarışda Əhməd Həsənzadəyə qalib gəlib.

Nazim Sadıxovun ailəsi Bakıdan ABŞ-ın ən böyük meqapolisi hesab olunan Nyu York şəhərinə köçüb. 28 yaşlı idmançı bu ilin martında Hyuston şəhərində keçirilən “Fury FC 59” yarışında mühüm qələbə qazanaraq, Texas ştatının çempionu olub. ABŞ-da qazandığı bütün qələbələrini tarixi vətəni olan Azərbaycana həsr edən soydaşımız hər yarışın sonunda üçrəngli bayrağımızı dalğalandırır.

Xatırladaq ki, Azərbaycanı hazırda UFC-də Rafael Fiziyev və Nəriman Abbasov təmsil edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button