Oğru AZAL-ın sabiq futbolçusunun qayınanasının evinə girdi, qadına işgəncə etdi FOTO

Azərbaycanda AZAL və “Turan Tovuz” klublarında çıxış etmiş Nuqzar Kvirtiyanın qayınanası Yelena İvanovanın evinə oğru girib.

Komanda.az xəbər verir ki, bu barədə keçmiş futbolçunun həyat yoldaşı İnna Kvirtiya özünün “feysbuk” səhifəsində paylaşım edib.

Hadisə aprelin 8-dən 9-na keçən gecə Bakının Yasamal rayonunda baş verib. Naməlum şəxs 56 yaşlı Yelena İvanovanın yaşadığı mənzilə daxil olaraq, 5-6 saat evdə qalıb. Soyğunçu qadını döyüb, söyüb, boğub, polisə məlumat verəcəyi halda, bıçaqla boğazını kəsəcəyini, iplə tavandan asacağını bildirib. Oğru daha sonra mənzili tərk edib.

Polisin apardığı təxirəsalınmaz tədbirlər nəticəsində hadisənı törədən şəxs Nardaranda tapılıb. Faktla bağlı araşdırma aparılır.

Nuqzar 2009-20012-ci və 2015-2017-ci illərdə AZAL-da çıxış edib. O, 2012-ci ilin avqustundan 2013-cü ilin yanvarına qədər də “Turan Tovuz”un uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button