Azərbaycan üzgüçüsü beynəlxalq turnirdə finala yüksəldi

Azərbaycanın qadın üzgüçüsü Məryəm Şeyxəlizadəxangah Çexiyanın Ostrava şəhərində keçirilən beynəlxalq turnirdə finala vəsiqə qazanıb.

Komanda.az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı 50 metr məsafəyə sərbəst üsulla üzmədə 26.92 saniyəlik göstəriciyə imza atıb.

Qeyd edək ki, mayın 1-dək davam edəcək yarışda Ramil Vəlizadə, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov da mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button