Azərbaycan millisinin rəqibi bunu 69 il sonra bacardı

Futbol üzrə Belçika millisi ötən gecə yoldaşlıq oyununda qarşılaşdığı Almaniya yığması ilə oyundan 3:2 hesablı qələbə ilə ayrılıb.

Komanda.az xəbər verir ki, belçikalılar 1954-cü ildən sonra ilk dəfə almanlar üzərində qələbə qazanıblar.

Sözügedən komanda yeni baş məşqçi Domeniko Tedeskonun rəhbərliyi altındakı ardıcıl ikinci matçından da qalib ayrılıb. Belçika yığması bir neçə gün öncə AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində səfərdə İsveç yığmasına da 3:0 hesabıyla qalib gəlmişdi.

Xatırladaq ki, Belçika yığması AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə bir qrupda mübarizə aparır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button