Azərbaycan millisi Monteneqro ilə Xorvatiyada qarşılaşacaq

Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək Azərbaycan – Monteneqro oyununun məkanı bəlli olub.

Komanda.az xəbər verir ki, matç noyabrın 14-də Xorvatiyanın paytaxtı Zaqrebdəki “Maksimir” stadionunda keçiriləcək.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Qeyd edək ki, Azərbaycan yığması ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandamızın 4-cü turda Kiprlə qolsuz heç-heçə etdiyi görüş Albaniyanın Elbasan şəhərində gerçəkləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button