“Azərbaycan millisinə mütləq qalib gəlməliyik”

Slovakiya millisinin baş məşqçisi Françesko Kaltsona UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, 54 yaşlı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Rəqibin heyətində yaxşı futbolçular var. Azərbaycan yığması yaxşı komandadır. Bizi ağır oyun gözləyir. Bu qarşılaşmada mütləq qalib gəlməliyik”.

Sentyabrın 22-də Trnava şəhərində keçiriləcək qarşılaşmaya Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button