“Azərbaycan millisi topa sahib olmağı sevir”

Futbol üzrə Belarus yığmasının müdafiəçisi Ruslan Yudenkov UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:

“Azərbaycan yığması oyun strukturu olan yaxşı komandadır. Onlar futbolun necə oynanıldığını bilirlər və topa sahib olmağı sevirlər.

Bizə gəlincə, əhval-ruhiyyə o qədər də yüksək deyil. Çünki 7-10 xala sahib deyilik. Belə olsaydı, indi əhvalımız daha yaxşı idi. Sabah bizim üçün ən vacib oyundur”.

İyunun 13-də keçiriləcək Azərbaycan – Belarus matçına saat 20:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button