Azərbaycan millisi Cənubi Kiprdən qələbə ilə qayıdır!

Azərbaycan milli komandası UEFA Millətlər Liqasında bu gün növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv turnirin 2-ci turu çərçivəsində səfərdə Cənubi Kiprlə qarşılaşıb. İlk turda doğma meydanda Lüksemburqa 1:2 hesabı ilə məğlub olan milli, bu gün səfərdən xalla dönməyə çalışıb. Nikosiyada keçirilən oyunu Slovakiyadan olan hakimlər briqadası idarə edib. Qarşılaşmanın taleyini bir qol həll edib. Azərbaycan yığması kapitan Maksim Medvedevin vurduğu yeganə qol sayəsində meydanı qalib tərk edib.

Qrupun digər matçında isə Lüksemburqla Monteneqro üz-üzə gəlib. İlk oyunlarını qalib başa vuran bu komandaların duelində də qonaqlar minimal hesabla qələbə qazanıblar.

UEFA Millətlər Liqası
C liqası, 1-ci qrup


8 sentyabr

Cənubi Kipr – Azərbaycan 0:1
Qol
: M.Medvedev, 29.
Hakimlər: Filip Qlova, Peter Bednar, Frantişek Ferenç, Boris Marhefka.
Nikosiya. GSP stadionu.

Cənubi Kipr: 12. Xaralambos Kiriakidis, 2. Antreas Karo, 5. Valentinos Sielis, 6. Xaris Kiriaku, 9. Dimitris Kristofi (k), 10. Pieros Sotiriu, 19. Kostas Laifis, 13. İoannis Kusulos, 20. Qriqoris Kastanos, 21. Marinos Tzioni, 23. İoannis Pittas.
Ehtiyat oyunçular: 1. Tasos Kissas, 22. Neofitos Mixael, 3. Xristos Heler, 7. Minas Antoniu, 8. Xambos Kiriaku, 11. Andreas Avraam, 14. Xristoforu Kipros, 15. Marios İlia, 16. Matiya Şpolyariç, 17. Loizos Loizu, 18. Yannis Satsias.
Baş məşqçi: Yohan Valem.
Azərbaycan: 1. Emil Balayev, 2. Qara Qarayev, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 15. Bədavi Hüseynov, 16. Elvin Camalov, 18. Anton Krivotsyuk, 19. Təmkin Xəlilzadə, 22. Rəhim Sadıxov.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 23. Mehdi Cənnətov, 3. Şəhriyar Əliyev, 6. Coşqun Diniyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 10. Namiq Ələsgərov, 14. Elvin Bədəlov, 17. Rəhman Hacıyev, 20. İsmayıl İbrahimli, 21. Amin Seydiyev.
Baş məşqçi: Canni De Byazi.

Lüksemburq – Monteneqro 0:1
Qol: Beqiray, 90+3.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button