
Azərbaycan millisi dünya kubokunda bu gün daha iki oyun keçirəcək
Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan dünya kubokunda bu gün daha iki oyun keçirəcək.
Komanda.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu komanda əvvəlcə Çexiya ilə üz-üzə gələcək. Bu görüşə saat 19:05-də start veriləcək.
Yığma saat 20:55-də başlayacaq növbəti matçda isə Polşa ilə qarşılaşacaq.
A qrupunda yer alan Azərbaycan millisi ötən gün keçirdiyi oyunlarda Madaqaskarı 21:13 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub – 13:19.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



