Azərbaycan kubokunda yarımfinalçılar bəlli oldu

Bu gün Bakı İdman Sarayında futzal üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, mərhələnin ilk qarşılaşmasında Yüksək Liqanın iddialı komandalarından “Neftçi” və İkinci Liqanın məğlubedilməz lideri “Obolon” qarşılaşıb. Fasiləyə qədər tərəflər hərəyə iki dəfə fərqlənib. İkinci hissədə də komandalar qarşılıqlı qollarla yadda qalıb. Yalnız Tural İsmayılovun vurduğu qol qarşılıqsız qalıb və mərhələ adlayan tərəf “Neftçi” olub.

Günün ikinci oyununda əzəli rəqiblər qarşılaşıb. Fasiləyə hesabda üstün yollanan “Araz” ikinci hissədə EKOL-un ardıcıl qollar vurmasına mane ola bilməyib. Düzdü, Alesionun yetirmələri 32-ci dəqiqədə bərabərliyi bərpa edib. Ancaq matçın başa çatmasına 44 saniyə qalmış Çovdarov qarşısıalınmaz zərbə ilə matçın və cütün taleyini həll edib.

“Xəzər Cənub” “Təbriz”lə görüşün qalibi olub. Mərhələnin son duelində isə “Baku Fire” və “Advokat” qarşılaşıb. Birinci Liqanın lideri İkinci Liqanın ortabablarından hesab edilən “vəkillər”lə bacarmayıb.

Yarımfinalda “Neftçi” EKOL-la, “Xəzər Cənub” isə “Advokat”la qarşılaşacaq. Bu mərhələnin oyunları mayın 20-də, final matçı isə mayın 23-də keçiriləcək.

Azərbaycan kuboku, yarımfinal

30 aprel

Neftçi – Obolon 5:4
Hakimlər
: Ramil Namazov, Mehman Mahmudov, Rahin Heybətov.
Bakı İdman Sarayı. Saat 15:30.

Araz – EKOL 4:5
Hakimlər
: Anar Fərəcov, Azər Əsgərov, Elvin Ağayev.
Bakı İdman Sarayı. Saat 17:30.

Xəzər Cənub – Təbriz 5:1
Hakimlər
: Rahin Heybətov, Kənan Məlikov, Vüsal Balaşov.
Bakı İdman Sarayı. Saat 19:30.

Baku Fire – Advokat 2:5
Hakimlər
: Hikmət Qafarlı, Ramiz Məhərrəmov, İsgəndər Əliyev.
Bakı İdman Sarayı. Saat 21:30.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button