“Hətta Türkiyə çempionatı da Rusiya Premyer Liqasından yaxşıdır” – Səmədov

Rusiya millisinin Azərbaycan əsilli sabiq yarımmüdafiəçisi Aleksandr Səmədov hesab edir ki, rusiyalı futbolçular imkan daxilində xaricə getməlidir.

Komanda.az “Match TV”-yə istinadən xəbər verir ki, Səmədov Türkiyə çempionatının Rusiya Premyer Liqasından güclü olduğunu bildirib:

“Razıyam, xaricə gedib oynamaq imkanı varsa, bu, əladır. Ən güclü liqada oynayırsızsa, bu, bacarıq səviyyənizi artırır. Mənə elə gəlir ki, hətta Serbiya və Türkiyə çempionatları da Rusiya Premyer Liqasından yaxşıdır. Birincisi pis deyil, avrokuboklarda oynayırlar, ikincisi indi bizdən güclüdür”.

Dünən Rusiya yığması Qətərlə yoldaşlıq görüşündə heç-heçə edib – 1:1. Matçdan sonra Rusiya yığmasının baş məşqçisi Valeri Karpin gənc futbolçulara Avropaya getməyi tövsiyə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button